Bloqer Nail Kəmərlinin yeni açdığı əyləncə məkanı müzakirələrə səbəb olub.
Paylaşılan kadrlarda səhnədə çıxış edən ifaçının Nail Kəmərlinin pis vərdişdən əziyyət çəkib, müalicə etdirdiyi kişi ilə rəqs şousu və danışığı geniş müzakirə yaradıb.
İzləyicilər videoları "biabırçılıq" adlandıraraq tənqid ediblər. Bir çoxları məkanın təqdimatında bu cür hallarının düzgün olmadığını vurğulayıblar.
Hadisə mediada geniş yayılaraq sosial şəbəkələrdə fərqli mövqelərin ifadəsinə səbəb olub./Milli.az/