RU

Göyçayda hündürlükdən yıxılan şəxs xəstəxanada ölüb

Göyçay, 18 fevral, Rəşad Türkoğlu, AZƏRTAC

Göyçayda ölümlə nəticələnən hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon sakini 36 yaşlı Cavid Əhmədov Göyçay şəhərində yerləşən çay evlərinin birində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Araşdırmalarla müəyyən edilib ki, qeyd olunan obyektdə C. Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman C. Əhmədov pilləkənlərdən yerə yıxılıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə M. Əsgərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Избранный
74
1
azertag.az

2Источники