RU

"Hesab 1:0 xeyrimizə olacaq" -Deputatdan "Qarabağ"-"Nyukasl" oyunu ilə bağlı PROQNOZ

""Qarabağ"–"Nyukasl" komandaları arasında bu gün keçiriləcək oyun, əlbəttə ki, çox yüksək maraq doğurur. Nəinki bu oyunu Azərbaycan vətəndaşları izləyə biləcək, eləcə də dünyanın bir çox ölkələrində bu oyunun azarkeşləri var və səbirsizliklə həmin oyunun başlamasını gözləyirlər".

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Tahir Rzayev bildirdi.

"Bir azərbaycanlı kimi hər kəs doğma "Qarabağ" komandasının qalib gəlməsini arzulayır. Çünki son illər göstərir ki, "Qarabağ" komandası, futbolçularımız meydançaya çox böyük əzmlə çıxırlar, qalib gəlmək əhval-ruhiyyəsindədirlər. Komandanın baş məşqçisi Qurban Qurbanov Azərbaycan futbolunun tanıdılması, irəli getməsi üçün, eləcə də "Qarabağ"ın bu oyunlarda qalib gəlməsi üçün əlindən gələni əsirgəmir", - deyə o, qeyd etdi.

Millət vəkili əlavə etdi ki, "Nyukasl" komandası çox güclüdür:

"Avropa çempionatında, dünya çempionatında  zəngin təcrübəsi var. Ona görə də bu komanda ilə oynamaq, əlbəttə ki, çətindir. Ancaq mən belə hesab edirəm ki, bu oyunda da "Qarabağ" qalib gələ bilər. Çünki bundan əvvəlki "Qarabağ"ın məğlub etdiyi komandalar heç də "Nyukasl" komandasından zəif olmayıb. Bu, futbolçularımızın iradəsindən, əzmkarlığından çox asılıdır. Əlbəttə ki, Qurban Qurbanov da bunları qiymətləndirib və mən elə bilirəm ki, hesab 1:0 bizim xeyrimizə olacaq".

Aytəkin TOFİQQIZI

Избранный
52
1
redaktor.az

2Источники