RU

36 yaşlı kişi yıxılaraq ölüb Saxlanılan var

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var.

Fevralın 16-da axşam saatlarında 36 yaşlı Cavid Əhmədov Göyçay şəhərində yerləşən çay evində hündürlükdən yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və orada vəfat edib.

Araşdırmalarla müəyyən olunub ki, qeyd olunan obyektdə Cavid Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Cavid Əhmədov pilləkəndən yerə yıxılıb.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Mehman Əsgərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
9
azpolitika.info

10Источники