RU

ADSEA suyun qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edib - RƏSMİ

“Su ehtiyatlarından səmərəli istifadəyə dair MilliStrategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan RespublikasıPrezidentinin 10 oktyabr 2024-cü il tarixində imzaladığı Sərəncamdasu ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığınıntəmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməsi məqsədiləqəbul edilmiş tarif siyasətinin təkmilləşdirilməsi vədiferensiallaşdırılması nəzərdə tutulur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq ADSEA-dan məlumatverilib.

Milli Strategiyada su ehtiyatlarının effektiv idarə edilməsiprioritet istiqamətlərdən biri kimi müəyyən olunub və bu çərçivədəsosial-iqtisadi vəziyyət, investisiya qoyuluşu nəzərə alınmaqlatariflərin diferensiallaşdırılması nəzərdə tutulur. Bu yanaşma sutəsərrüfatı sahəsində vahid və təkmil idarəetmə modelininqurulmasına, dövlət–özəl tərəfdaşlığının inkişafına, maliyyəresurslarının daha səmərəli planlaşdırılmasına xidmət edir. Tarifsiyasətinin yenilənməsi su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi sisteminə keçid və xərclərin real iqtisadi əsaslarauyğunlaşdırılması ilə əlaqəlidir. Bu yanaşma tariflərin realistismar, xidmət, texniki qulluq və investisiya xərcləri əsasındaformalaşdırılmasını təmin etməyə yönəlib.

Tədbirlər Planında tariflərin beynəlxalq təcrübə əsasındadiferensiallaşdırılması ilə bağlı mexanizmlərin hazırlanması vətətbiqinə başlanılması ayrıca tədbir kimi müəyyən edilib.

Tarif siyasətinin əsas məqsədinin yalnız qiymət tənzimlənməsideyil, bütövlükdə su təsərrüfatı sisteminin modernləşdirilməsi vədayanıqlı maliyyə modelinin qurulmasıdır.

Milli Strategiyaya əsasən diferensiallaşdırılmanınsosial-iqtisadi amillər və investisiya ehtiyacları nəzərəalınmaqla, xərclərə əsaslanan model üzrə mərhələli keçidlə,beynəlxalq təcrübəyə uyğun mexanizmlərlə, pilot tətbiqlər vəregional qiymətləndirmə yolu ilə həyata keçirilməsi nəzərdətutulur.

“Su ehtiyatlarından səmərəli istifadəyə dair MilliStrategiya”nın qarşıya qoyduğu bu kimi hədəflərə uyğun olaraqAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi müvafiq dövlət qurumunamüraciət ünvanlayıb.

Избранный
49
41
az.trend.az

10Источники