Rusiyanın Rostov şəhərində, "Don" şossesində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə Rostov Vilayəti Dövlət Yol Müfəttişliyinin mətbuat xidməti fevralın 18-də məlumat verib.
"Qəza nəticəsində avtobusun dörd sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib", - Agentliyin Telegram kanalında yayımlanan açıqlamada deyilir.
QAZİLER.AZ