RU

Nizami rayonunda “Gənc liderlər məktəbi” layihəsinin açılış tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Gənc liderlər məktəbi” liderlik, natiqlik, fərdi inkişaf və kollektiv fəaliyyət layihəsinin açılış tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək layihənin əhəmiyyəti, əsas ideya və gələcək fəaliyyəti ilə bağlı məlumat veriblər.

Bildirilib ki, Azərbaycan gəncliyi ölkənin ən böyük strateji potensialıdır və bu potensialın formalaşmasında Ulu Öndər Heydər Əliyevin gənclərə dair uzaqgörən siyasəti əsas rol oynayıb. Vurğulanıb ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan əlverişli mühit, həyata keçirilən təşviq və reytinq mexanizmləri onların potensialının üzə çıxarılmasına, gələcək uğurlarına mühüm töhfə verir.

Diqqətə çatdırılıb ki, Azərbaycan gəncliyi qədim dövlətçilik ənənələrinə sadiq, milli-mənəvi dəyərlərə bağlı və müasir çağırışlara cavab verən əsas aparıcı qüvvə kimi formalaşmaqdadır. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin ən parlaq nəticələrindən biri 2020-ci ildə Azərbaycan gəncliyinin üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirməsidir. Vətən müharibəsi dövründə gənclər Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərib, şəhid və qazilərimiz isə xalqımızın yaddaşında əbədi yer tutublar.

Çıxışlardan sonra müzakirələr keçirilib, müxtəlif ideya və layihələr barədə fikir mübadiləsi aparılıb.

Açılış tədbirinə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.

Zamin Məmmədov, "İki sahil"

Избранный
79
2
ikisahil.az

4Источники