RU

Ofeliya Şabanova və Kəmalə Günəşli barışdılar – “Deyirlər ki, artistlik edirsiniz” - VİDEO

Bir müddətdir, küsülü olan müğənnilər Ofeliya Şabanova və Kəmalə Günəşli "Günə Uğurla" verilişində barışıblar.

 
Pravda.az xəbər verir ki, Kəmalə Günəşli uşaqlıq dostu olan Ofeliya Şabanova barədə bunları deyib: "Biz hələ böyüməmişik. Uşaqlıqda da belə idik. Üç-beş gün küsürdük. Bir-birimizə nələr deyirdik, sonra yenə barışırdıq. Mən daxilən küsməmişdim. İncimişdim, sözün əsl mənasında. Uman yerdən küsərlər. Çox adam bunu şou bilir. Deyirlər ki, artistlik edirsiniz".
 
Ofeliya Şabanova isə həmkarının sözlərinə belə cavab verib: "Kəmalə atmacalar atanda cavab vermirdim, bilirdim ki, mənim üçün darıxıb, bu cür biruzə verir. Kəmalə həmişə bacımdır, heç vaxt şəxsiyyətimə, ailəmə toxunmadı. Mənimlə mübarizə apardı".
 

Избранный
20
1
yenilik.az

2Источники