RU

Goyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var

Goyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var.

APA-nın Şirvan bürosu xəbər verir ki, fevralın 16-da axşam saatlarında 36 yaşlı Cavid Əhmədov Göyçay şəhərində yerləşən çay evlərinin birində hündürlükdən düşərək yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və bu gün orada vəfat edib.

Araşdırmalarla müəyyən olunub ki, qeyd olunan obyektdə C.Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zəminində C.Əhmədov pilləkənlərdən yerə yıxılıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə M.Əsgərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Избранный
66
6
apa.az

10Источники