RU

Arif Əsədov “Qarabağ”ın “Nyukasl”ı məğlub edə biləcəyini dedi “Qurban Qurbanovun durumunu nəzərə almalıyıq”

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”ı qəbul etməyə hazırlaşan “Qarabağ”ın hazırlıq prosesi baş məşqçi Qurban Qurbanovu qane etmədi. Misli premyer-liqasının 20-ci turunda “İmişli”yə qarşı matçdan sonra mətbuat konfransında iştirak edən mütəxəssis “belə meydançada “Nyukasl”la oyuna necə hazırlaşım? Gərək 3-4 gün futbolçuları bərpa edək. Oyunçular ikiqat yükləndi” ifadələriylə giley-güzar etdi.Bu barədə fikirlərini öyrənmək məqsədilə yığmanın sabiq məşqçisi Arif Əsədovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:

“Təbii ki, mərhələləri keçdikcə rəqiblərin gücü artır. “Nyukasl” İngiltərə premyer-liqasının təmsilçisidi. Bu çempionatın sürəti bizimkiylə müqayisə oluna bilməz. “Qarabağ”ı çətin oyun gözləyir. Düzdü, rəqib üçün də fevralda sıx qrafik var. Lakin “köhlən atlar”ın oyunlarını keçirdiyi stadionların infrastrukturu istənilən səviyyədə deyil. Futbolçular meydana çıxanda təkcə oyunu düşünmür, həm də zədələnməməyin yollarını axtarır. Özüm çalışanda da bunun şahidi olmuşam. Belədə baş məşqçinin taktiki sxemi, oyun üslubu və təlimatları arxa planda qalır. Qurban Qurbanovun durumunu nəzərə almalıyıq. “Qarabağ” Azərbaycan futbolu adına böyük işlər görüb. Belə oyunlardan əvvəl komandaya dəstək olmalıyıq. Bu cür hazırlıq prosesindən fayda götürmək mümkünsüzdü. Ağdam təmsilçisinin Qubada sərf etdiyi gücü qaytarıb-qaytarmayacağı sual altındadı. Bu cür oyunlardan əvvəl keçirilən matçları təxirə salmaq da çətin məsələdi. Çünki futbolçular oyunsuz qalır. Qurban Qurbanov, adətən, belə qarşılaşmalardan əvvəl aparıcı futbolçularını meydana buraxır. Ancaq Qubadakı matçda bəzi planlar üzərində çalışmaq mümkün olmadı”.

Arif bəydən “Nyukasl”la matç ilə bağlı gözləntilərini də soruşduq:

“Qarabağ” bütün çətinliklərə baxmayaraq, komanda olaraq birləşib qələbə qazana bilər. Rəqibin sürətinə tab gətirmək lazımdı. Çünki “Nyukasl” xüsusən ikinci hissədə daha çox təzyiq göstərəcək. “Qarabağ” isə rahatdı. Komanda Azərbaycan futbolunun ən böyük uğurlarına imza atıb. Futbolçular üçün psixoloji təzyiq yoxdu”.

KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
67
1
icma.az

2Источники