RU

Təranə Qumral vəsiyyətini açıqladı

Müğənni Təranə Qumral vəsiyyətini açıqlayıb.

Publika.az xəbər verir ki, o bu haqda "Günə uğurla" verilişində danışıb.

Qumral bildirib ki, övladlarına vəsiyyətində onun üçün yas mərasimi təşkil olunmamasını tapşırıb:

"Mən hər zaman övladlarıma demişəm, efirdən də deyirəm. Mən öləndən sonra təmtəraqlı yaslar, cümə axşamı mərasimləri təşkil olunmasın. Aparıb basdırsınlar, bununla da bitsin. Məzar daşımda sinədaşı deyilən daşın belə olmasını istəmirəm. Bunun nə zaman olacağını təkcə Allah bilir. Nə zaman olarsa, bu sözlərimi xatırlayarsınız.

Избранный
44
publika.az

1Источники