RU

Sultan Akimbekov: Mövcud geosiyasi şərait region ölkələrini yeni alternativ həll yolları axtarmağa vadar edir

Bakı, 18 fevral, AZƏRTAC

Hazırkı geosiyasi şərait region ölkələrini mövcud infrastruktur imkanları çərçivəsində daha çevik, eyni zamanda, yeni alternativ həll yolları axtarmağa vadar edir.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın Asiya Araşdırmaları İnstitutunun direktoru Sultan Akimbekov fevralın 18-də Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Sultan Akimbekov vurğulayıb ki, hazırda dünyada müşahidə olunan kəskin geosiyasi rəqabət böyük güclərin nisbi zəiflədiyini də üzə çıxarır.

O, həmçinin qeyd edib ki, Xəzər dənizi vasitəsilə daşımaların həcmi hələlik bu ehtiyacları tam ödəmək üçün kifayət etmir.

Избранный
54
azertag.az

1Источники