RU

Zelenski: “Ukrayna və Rusiya bu məsələdə razılığa...”

Ukrayna və Rusiya arasında Cenevrədə aparılan danışıqlarda tərəflər müəyyən razılığa yaxınlaşıblar.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

O bildirib ki, siyasi iradə olacağı təqdirdə, monitorinq sisteminin həyata keçirilməsi perspektivi üzrə tərəflər demək olar ki, razılığa gəliblər.

Prezident qeyd edib ki, danışıqların məzmunu hərbi və siyasi olmaqla iki sahəni əhatə edib. Zelenskinin sözlərinə görə, hər üç tərəf hərbi istiqamətdə konstruktiv olub.

“Daha ətraflı məlumat mənim qrupumun qayıtmasından sonra veriləcək. Amma hələlik eşitdiklərim bunlardır: prinsipcə, hərbçilər siyasi iradə varsa, atəşkəsə və müharibəyə son qoyulmasına necə nəzarət edəcəklərini başa düşürlər.

Orada demək olar ki, hər şey barədə razılığa gəldilər. Monitorinqdə mütləq Amerika tərəfi iştirak edəcək. Düşünürəm ki, bu, konstruktiv siqnaldır”, - deyə Zelenski bildirib. 

Избранный
32
cebheinfo.az

1Источники