RU

"Tamaşaçıdan utanıram”

"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari açıqlaması ilə diqqət çəkib.
 
Moderator.az xəbər verir ki, o, "Öz aramızda" verilişində bəzi həmkarlarından narazılığını dilə gətirib:
 
"Son vaxtlar sosial şəbəkələrdə qarşıma əsasən efirlərimizdə yayımlanan çoxsaylı qalmaqallı videolar çıxır. Düşünürəm ki, bunu mən görürəmsə, məndən yaşca və sənətcə böyük sənətkarların da qarşısına çıxır. Niyə 'bəsdir' demirlər? Efirlərdə baş verən bu cılız qalmaqallara niyə son qoyulmur?
 
Mənim də bu sənətdə öz yerim var. Onlar danışmasa da, mən deyirəm: Yetər, bəsdirin. Xanım sənətçilər bir-birinə yaraşmayan sözlər deyirlər, kişi müğənnilər də eyni şəkildə. Mən evdə televizorda və ya telefonda onları görəndə tamaşaçıdan utanıram". /milli.az/
 
Избранный
21
1
moderator.az

2Источники