RU

Elektromobilin gediş ehtiyatını artıran qoşqu

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ənənəvi avtomobillərdə qoşqu ilə hərəkət əlavə yanacaq sərfiyyatı yaradır. Eyni zamanda aerodinamika da pozulur. Lakin elektromobildə bu problem müəyyən qədər həll olunmuş kimi görünür.

Avtosfer.az xəbər verir ki, Almaniyanın “Dethleffs” şirkəti elektromobillər üçün qoşqunun prototipini hazırlayıb. İstehsalçı yeni qoşqunun elektromobilə əlavə 100 kilometr gediş ehtiyatı verdiyini iddia edir. 

Aerodinamik formalı qoşqunun müqaviməti azdır, yüngül materialdan hazırlanıb. Üzərindəki Günəş panelləri isə kifayət qədər elektrik enerjisi yaradaraq akkumulyatoru doldurur. Qoşqunun alt hissəsindəki mühərrik hərəkət zamanı elektromobilə kömək edir. Eynilə sovet hərbi avtomobillərindəki aktiv oxlu qoşqu kimi.

Yeni qoşqunun 2027-ci ildə satışa çıxarılması gözlənilir.

Vüqar

Oxunub 34

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
avtosfer.az

1Источники