RU

Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin həcmi və dəyəri 2 dəfədən çox artıb

Bakı, 18 fevral, AZƏRTAC

2026-cı ilin yanvar ayında ölkədən 1447,05 ton pambıq iplik ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən pambıq ipliyin dəyəri 2,4 dəfə artaraq 3 milyon 127,4 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında isə Azərbaycandan 1 milyon 316,39 min dollar dəyərində yəni, 525,37 ton pambıq iplik ixrac edilib.

Избранный
51
2
azertag.az

3Источники