Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.
"Mövsümi virus infeksiyalarının artdığı dövrdə hamilə qadınların sağlamlığı xüsusi diqqət tələb edir. İmmunitetin zəifləməsi yoluxma riskini artırır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova Nazirliyin “Instagram” hesabında keçirilən canlı yayımda deyib.
Onun sözlərinə görə, hamiləlik dövründə immunitet bir qədər zəifləyə bilər:
“Hamiləlik immunoloji baxımdan həssas dövrdür. Bir çox qadınlarda immunitet aşağı düşür və yoluxma halları artır. Son zamanlar qrip və digər virus infeksiyaları geniş yayılıb”.
N.Axundova bildirib ki, xəstəlik ağır keçərsə, mütləq həkimə müraciət edilməlidir:
“Əgər qızdırma, öskürək, boğaz ağrısı kimi əlamətlər varsa və vəziyyət ağırlaşırsa, mütləq mütəxəssisə müraciət olunmalıdır. Terapevt, pulmonoloq və ya müvafiq həkim tərəfindən nəzarət vacibdir”.
N.Axundova qripə qarşı peyvəndlə bağlı da mövqeyini açıqlayıb. Bildirib ki, dünyada mövsümi qripə qarşı peyvəndləmə geniş tətbiq olunur:
"Bizdə müəyyən qorxu var, amma artıq bir çox hamilə qadın peyvənd olunur. Bu, Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir”.
Mütəxəssis qeyd edib ki, peyvənd hamiləlik planlaşdırılmadan əvvəl edilə bilər, bəzi ölkələrdə isə hamiləlik dövründə də tətbiq olunur:
“Virus infeksiyasının riski bəzən peyvənddən daha ağır nəticələrə səbəb ola bilər. Virus ana bətnində dölə keçə bilər, ciftin ayrılması və ya tromboz kimi fəsadlar yarana bilər. Buna görə profilaktika daha məqsədəuyğundur”.
Zeynəb Rzayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.