RU

Sahibkarlar 2025-ci ildə daha çox hansı xidmətlərdən istifadə ediblər (FOTO)

Bakı. Trend:

KOBİA KOB evlərində daha çox “G2B” xidmətlər göstərən qurumlarınadlarını açıqlayıb.

2025-ci ildə sahibkarlar KOB evlərinə daha çox yükdaşımalarıhəyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, poçtgöndərişləri, mənşə sertifikatı, gömrük ximətləri, fitosanitarsertifikatın alınması üçün müraciət ediblər. Ötən il KOB evlərindəsahibkarlara daha çox “G2B” xidmət göstərmiş qurumlaraşağıdakılardır:

  • Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – 257 699 (47,5%)
  • “Azərpoçt” MMC – 96 902 (17,8%)
  • Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – 62051 (11,4%)
  • Dövlət Gömrük Komitəsi – 30 384 (5,6%)
  • Qida Təhlükəsizliyi Agentliyi – 17 289 (3,2%)

Belə ki, KOB evlərində 2025-ci ildə biznes subyektlərinəgöstərilmiş 543 033 xidmətin 464 325-i (85,5%) adıçəkilən qurumlartərəfindən göstərilib.

Qeyd edək ki, KOB evləri sahibkarların dövlət (“G2B”) və biznes(“B2B”) xidmətlərinə vahid məkanda sürətli və rahat çıxışını təminedən mərkəzlərdir. Sahibkarların “G2B” və “B2B” xidmətlərə KOBevləri vasitəsilə çıxması onların vaxtına və resurslarına qənaətetməsinə imkan verir. Hazırda Bakı, Yevlax, Xaçmaz və Şuşaşəhərlərində olmaqla ölkə üzrə 4 KOB evi, eləcə də “Xaçmaz KOBevi”nin Xudat şəhərində xidmət mərkəzi fəaliyyət göstərir. Bu KOBevləri yalnız adıçəkilən şəhərlərdə deyil, ətraf rayon vəşəhərlərdə fəaliyyət göstərən sahibkarlara da xidmət edir. KOBevlərində sahibkarlara “G2B” xidmətlər üzrə biznesin qeydiyyatı,vergi və gömrük məsələləri, lisenziya, icazə, mənşə sertifikatı vəs. kimi sənədlərin alınması, “B2B” xidmətlər üzrə bank, sığorta vədigər növ xidmətlər təqdim olunur.

KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)strukturuna daxildir. Agentlik tərəfindən KOB evlərininfunksionallığının və xidmət çeşidinin artırılması, coğrafi baxımdangenişləndirilməsi, rəqəmsal həllərin tətbiqi və proseslərin daha dasadələşdirilməsi istiqamətində işlər davam etdirilir. Artıq birsıra ölkələr KOB evi təcrübəsi və onun ölkələrində tətbiqi iləyaxından maraqlanırlar. Bu istiqamətdə bir neçə ölkənin müvafiqqurumu ilə əməkdaşlıq sənədləri də imzalanıb.

Sahibkarlar
Sahibkarlar
Sahibkarlar
Sahibkarlar
Məqalədə:
Избранный
62
8
az.trend.az

9Источники