RU

“Azərbaycan artıq regionun aparıcı güc mərkəzlərindən biridir” Vüqar Rəhimzadə

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Bu gün Azərbaycan güclü, qüdrətli və qalib bir dövlətdir. Qarabağın hər bir guşəsində müqəddəs üçrəngli bayrağımız dalğalanır. Bu, xalqımızın tarixində ən böyük və ən şərəfli nailiyyətlərdən biridir”. SİA xəbər verir ki, bu fikirləri YAP Səbail rayon təşkilatının 33-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Milli Məclisin üzvü, 91-lərin nümayəndəsi, siyasi elmlər doktoru Vüqar Rəhimzadə səsləndirib.

O bildirib ki, əldə olunan Zəfər təsadüfi deyil və onun təməlində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji siyasi kurs dayanır: “Bu siyasət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildi. Onun siyasi iradəsi, cəsarəti və qətiyyəti, Azərbaycan Ordusunun gücü və xalqımızın sarsılmaz birliyi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu”.

Millət vəkili qeyd edib ki, Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi daim ehtiramla anılır, qazilərin qəhrəmanlığı yüksək qiymətləndirilir: “Məhz onların şücaəti sayəsində Azərbaycan xalqı qalib xalq kimi tarix yazdı və bütün dünyaya göstərdi ki, bu torpağın sahibi öz Vətənini qorumağa qadirdir”.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Azərbaycan yalnız hərbi deyil, həm də iqtisadi və siyasi baxımdan güclü dövlətdir: “Enerji layihələri, beynəlxalq təşəbbüslər və regional əməkdaşlıq platformaları ölkəmizin qlobal siyasətdə mövqeyini möhkəmləndirib. Azərbaycan artıq regionun aparıcı güc mərkəzlərindən biridir”.

O əlavə edib ki, ölkə daxilində siyasi həmrəylik və dövlətçilik ənənələrinin qorunması mühüm əhəmiyyət daşıyır və Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi bu istiqamətdə fəal rol oynayır.

Sonda millət vəkili qeyd edib ki, əsas vəzifə əldə edilmiş nailiyyətləri qorumaq, güclü Azərbaycanı daha da inkişaf etdirmək və gələcək nəsillərə sabit, müstəqil və qüdrətli dövlət miras qoymaqdır.

“Yaşasın müstəqil Azərbaycan!” – deyə Vüqar Rəhimzadə çıxışını tamamlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
1
sia.az

2Источники