RU

Qayınanalar ər və arvada icazə verməlidirlər ki... ÇAĞIRIŞ

ain.az, Redaktor.az saytına istinadən bildirir.

"Adətən mən hamiləlik müddətində cütlüklərin birlikdə müayinəyə gəlməsinin tərəfdarıyam. Əgər söhbət onların övladından gedirsə, sözsüz ki, həyat yoldaşı bütün prosedurlarda iştirak etməlidir. Hətta üstünlük verərdim ki, doğuşda da partnyor kimi iştirak etsin".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova nazirliyin “Instagram” hesabında keçirilən canlı yayımda qeyd etdi.

Həkimin sözlərinə görə, bu dövr bir bayram kimidir:

"Müayinələrə birlikdə gəlirlər, uşağın ilk ürək döyüntüsünü birlikdə eşidirlər, sonra cinsiyyətini öyrənəndə kiçik bir qeyd etmə mərasimi keçirirlər. Bu, çox gözəl bir prosesdir və ata da bu mərhələdə iştirak etməlidir. Hətta elə hallar olur ki, həyat yoldaşı doğuş zamanı o qədər güclü dəstək olur ki, biz bəzən ağrıkəsicilərdən belə istifadə etmirik. Qadın yoldaşına o qədər güvənir və onun yanında özünü o qədər rahat hiss edir ki, bu, doğuş prosesinə müsbət təsir göstərir. Mən bunu dəstəkləyirəm. Regionlarda daha çox qayınana və ya digər yaxın qadın qohumlar iştirak edir. Amma qayınanalar ata və anaya icazə versələr yaxşı olar".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
3
redaktor.az

4Источники