ain.az, Ayna portalına istinadən məlumat verir.
Təlimlər Oman körfəzində və Hind okeanının şimal hissəsində keçiriləcək
İran və Rusiya hərbi dəniz donanmaları cümə axşamı günü Oman körfəzində və Hind okeanının şimalında birgə təlimlər keçirməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, İran və Rusiya donanmalarının birgə təlimləri fevralın 19-da Oman körfəzində və Hind okeanının şimal hissəsində keçiriləcək.
Təlimlər dəniz təhlükəsizliyini təmin etmək, xüsusən dəniz terrorizminin qarşısını almaq və ticarət gəmilərini və tankerləri qorumaq üçün koordinasiyanı gücləndirməyi hədəfləyir.
Bundan əlavə, İran Hərbi Dəniz Qüvvələrinin birinci dəniz rayonunun komandanı kapitan Hassan Məqsudlu qeyd edib ki, İran region dövlətləri ilə dəniz təhlükəsizliyinin təmin edilməsindəki rolunu artırmaq məqsədilə təlimlər də planlaşdırır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.