RU

Ekspert: Azərbaycan Mərkəzi Asiya ilə regional əməkdaşlığı gücləndirir

Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü platformasına qoşulması ekspert icmaları tərəfindən müsbət qiymətləndirilib.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun birinci direktor müavini Akramjon Nematov "Qlobal qeyri-sabitlik şəraitində C6-nın regional təhlükəsizliyi" mövzusuna həsr olunmuş panel sessiyasında çıxış edərkən bildirib.

"Özbəkistanın sədrliyi dövründə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yaxınlaşmasının rəsmiləşdirilməsi prosesinin məntiqi şəkildə başa çatması böyük sevinc doğurur. Azərbaycan təhlükəsizlik məsələləri baxımından formalaşmış məkana daxil olur. Biz regionda bu məsələləri qura bildik, bizdə blokdankənar xarakterli birlik formalaşıb. Bu gün bu, təkcə inkişafın əsas vektorlarını müəyyən edən deyil, həm də regional əməkdaşlığın əsasını formalaşdıran mexanizmdir", - A.Nematov deyib.

Избранный
67
far.az

1Источники