RU

"Epşteynin sənədləri insanlığa qarşı cinayətdir" - BMT

"Məşhur amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı açıqlanan sənədlər insanlığa qarşı cinayət sayıla biləcək hərəkətlərə işarə edir".

"Unikal" xəbər verir ki, bu  bəyanat BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının saytında dərc olunub.

Bəyanatda ekspertlər bildiriblər ki, "Qadın və qızlara qarşı törədilən bu vəhşiliklərin miqyası, təbiəti, sistematikliyi və transmilli əhatə dairəsi o qədər ciddidir ki, bəziləri insanlığa qarşı cinayətlərin hüquqi meyarlarına cavab verə bilər".

Ekspertlər hesab edirlər ki, bu cür cinayətlər bütün səlahiyyətli milli və beynəlxalq məhkəmələrdə təqib olunmalıdır. Onlar həmçinin qeyd ediblər ki, sənədlərdə yer alan iddialar müstəqil, hərtərəfli və qərəzsiz araşdırma tələb edir. 

 Xatırladaq ki, 30 yanvar tarixində ABŞ Baş prokurorunun müavini Todd Blanş Epşteyn işi üzrə materialların açıqlanmasının başa çatdığını elan edib. Açıqlanan məlumatların ümumi həcmi hazırda 3,5 milyon faylı keçib. 2019-cu ildə Epşteyn ABŞ-də yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı ittiham olunub. Həmin ilin iyul ayında o, həbsxanada intihar edib. 

 Gülayə Mecid

Избранный
22
2
unikal.az

3Источники