RU

Aİ komissarı yenidən Azərbaycana gələcək Ötən il Ağdama getmişdi

ain.az, Bizim media saytına istinadən bildirir.

Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos bu il Azərbaycana səfər etməyi planlaşdırır.Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Avropa Komissiyası yayıb."Komissar Kos son vaxtlarda əvvəlcə Davosda, sonra isə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdü. Biz təsdiq edirik ki, komissar bu il həm Azərbaycana, həm də Ermənistana səfər etməyi planlaşdırır. Bu səfərlər təsdiqləndikdən sonra, komissarın təqvimində onlar barədə məlumat yayımlanacaq", - deyə Avropa Komissiyasından bildirilib.

 

Qeyd edək ki, Ermənistan KİV-də Marta Kosun bu ilin may ayında Ermənistanda keçiriləcək I Ermənistan-Aİ sammitində iştirak edəcəyi barədə məlumatlar yayılıb.

Xatırladaq ki, Marta Kos 2025-ci il sentyabrın 18-də Azərbaycana səfər edib.Səfər çərçivəsində komissar Azərbaycan hakimiyyəti ilə ümumi strateji maraqları, o cümlədən energetika, nəqliyyat və humanitar minatəmizləmə məsələlərini müzakirə edib. Səfər zamanı Avropa Komissiyasının nümayəndəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşlər keçirib.Komissar, həmçinin Ağdamı ziyarət edib və burada minaların təmizlənməsi işlərində iştirak edən nümayəndələrlə görüşüb. (Trend.az)Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
5
bizim.media

9Источники