RU

Abbas Abbasov: Müstəmləkəçiliyi qlobal səviyyədə əks etdirən Virtual Muzey fransız və ingilis dillərində fəaliyyət göstərəcək

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 fevral, AZƏRTAC

Virtual Muzey kolonial sistemin təsirləri və fəsadları ilə bağlı arxiv sənədlərini, tarixi və hüquqi faktları, eləcə də video və foto materialları özündə birləşdirən rəqəmsal platformadır. Bu platforma kolonial irsi ictimaiyyətə interaktiv şəkildə təqdim etmək üçün xidmət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov müstəmləkəçiliyə həsr olunmuş ilk Virtual Muzeyin təqdimatı zamanı söyləyib.

O bildirib ki, Muzey fransız və ingilis dillərində fəaliyyət göstərəcək.

Rəqəmsal Muzey müstəmləkəçilik sahəsində aparılan araşdırmalar üçün əhəmiyyətli resursdur. Tarixçilər, politoloqlar və digər tədqiqatçılar üçün elmi mənbə rolunu oynayacaq. Bu istiqamətdə materiallar beynəlxalq hüquq üzrə mütəxəssislər üçün də etibarlı və əhatəli bir mənbəyə çevriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
83
1
azertag.az

2Источники