RU

Yaponiya təyyarə salonlarında poverbankların istifadəsini qadağan edəcək

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Pekin, 18 fevral, AZƏRTAC

Yaponiyanın Nəqliyyat Nazirliyi yerli aviaşirkətlərə aprel ayından etibarən kabinlərdə poverbanklardan istifadəni qadağan edəcəyi barədə məlumat yayıb.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, mülki aviasiya qanununa əsaslanan təlimata daxil ediləcək dəyişiklik sərnişin təyyarələrinin salonlarında litium-ion batareyalarının alovlanması və tüstüləməyə başlaması ilə bağlı baş verən hadisələrin qarşısını almaq üçün atılacaq.

Yeni qaydaya əsasən, sərnişinlərə smartfonlarını və ya digər cihazlarını enerji ilə şarj etmək üçün poverbanklardan istifadə etmək, habelə oturacaqlardakı elektrik yuvalarına qoşmaqla poverbankları şarj etmək qadağan ediləcək. Yeni qaydalara görə, hər bir sərnişinin təyyarə salonunda özü ilə 2 ədəd poverbank apara biləcək.

Qeyd edək ki, bəzi aviasiya şirkətləri artıq təyyarə salonlarında poverbanklardan istifadəni qadağan ediblər. Beynəlxalq Mülki Aviasiya Təşkilatı hazırda məsələnin tənzimlənməsini araşdırır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
86
1
azertag.az

2Источники