RU

Naxçıvanda icma əsaslı qruplara 366 uşaq cəlb olunub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 18 fevral, AZƏRTAC

Muxtar respublikada məktəbəqədər təhsil pilləsi üzrə 20 təhsil müəssisəsi fəaliyyət göstərir, hazırda bu müəssisələrdə 198 qrup üzrə 3461 uşaq təhsil alır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2025-ci ildə görülmüş işlərin nəticələri, 2026-cı ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 2025-ci il üzrə aparılan sorğulara əsasən, 1749 uşaq qəbul edilib. Bununla yanaşı, 740 uşaq gözləmə siyahısındadır.

Mövcud statistikaya görə, məktəbəqədər təhsil müəssisələrində 163 vakansiya mövcuddur.

Eyni zamanda, 13 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 25 icma əsaslı məktəbəqədər təhsil qrupuna, ümumilikdə, 366 uşaq cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
67
5
azertag.az

6Источники