Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma XXV Qış Olimpiya Oyunlarında növbəti mərhələyə adlayıb.
Offsideplus.az xəbər verir ki, 92-ci sırada mübarizəyə başlayan 18 yaşlı slalomçu 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb.
O, hazırda bu nəticə ilə 95 iştirakçı arasında 59-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 29 idmançının mübarizəsində 63,63 xalla sonuncu yeri tutub və mübarizəni dayandırıb.
XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.