RU

Zaxarova: İrəvanda Rusiyanın Ermənistan dəmir yollarına yatırdığı investisiyalar unudulub

Moskva İrəvanın Ermənistan dəmir yollarının nəzarətinin Rusiyadan başqa ölkəyə verilməsi ilə bağlı açıqlamalarını qəribə və qəbuledilməz adlandırıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

O, Rusiyanın bütün regional iqtisadi və nəqliyyat kommunikasiyaların açılmasının tərəfdarı olduğunu qeyd edib.

Zaxarova Vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrup bu istiqamətdə çox iş görülüb: “Yəqin ki, bunu İrəvanda unudublar. Ermənistan Dəmir Yolu 20 ildən çoxdur Cənubi Qafqaz Dəmir Yollarının idarəçiliyindədir, nəinki güzəşt müqaviləsinin şərtlərini ardıcıl yerinə yetirib, həm də infrastruktura böyük sərmayələr yatırıb və çox sayda iş yeri yaradıb”.

XİN rəsmisi əlavə edib ki, Rusiya operatorları Ermənistanı rəqabət üstünlüklərindən məhrum etməyən bir strukturdur.

Zaxarova Ermənistandan Azərbaycan və Türkiyəyə gedən dəmir yollarının bərpası ilə bağlı Rusiyanın mövqeyinin Baş nazirin müavini Aleksey Overçuk tərəfindən bəyan edildiyini xatırladıb.

Избранный
23
2
apa.az

3Источники