RU

SON DƏQİQƏ! Şeyxin müavininin vəziyyəti pisləşdi - Təcili həkimlər çağırıldı

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin axundu Hacı Sabir Həsənlinin vəziyyəti pisləşib.

News365.az Manset.az-a istinadən xəbər verir ki, ürəyində qəfil problemlər yaranan Hacı Sabir Həsənli üçün təcili həkimlər çağırılıb.

Həkimlərin müdaxiləsindən sonra sədr müavini xəstəxanaya aparılıb. Hazırda müalicə-profilaktika prosesləri davam edir.

Faktı Hacı Sabir Həsənlinin özü də təsdiq edib:

"Ürəyimdə problemlər var. Hazırda müalicələr alıram".

Qeyd edk ki, Hacı Sabir Həsənli Bakı İslam Universitetinin sabiq rektorudur, uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin sədr (Şeyxin) müavinidir.


Избранный
48
12
news365.az

10Источники