RU

Anar Ələkbərov Xalq şairini ziyarət edib

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq şairi Nəriman Həsənzadənin 95 yaşı münasibətilə onu evində ziyarət edib.

Reyting.az xəbər verir ki, A.Ələkbərov görüşdən fotoları “İnstaqram” hesabında paylaşıb.

A. Ələkbərov paylaşımda qeyd edib:

“Dəyərli Xalq şairimiz Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik. Böyük söz ustadına möhkəm cansağlığı, ruh yüksəkliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qəlbinizin nuru daim sözünüzə işıq saçsın. Doğum gününüz mübarək!”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
61
26
reyting.az

10Источники