RU

BDU da “Ümummilli Lider Heydər Əliyev mühazirələri” çərçivəsində tələbələrlə görüş davam edir FOTOLAR

ain.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni Azərbaycan Partiyası Yasaaml rayon təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” çərçivəsində keçirilən növbəti görüşün qonağı Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov olub.

Görüş iştirakçılarını salamlayaraq çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ilk öncə Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədovu tələbələrə təqdim edib. Sonra Ümummilli Lider Heydər Əliyev mühazirələrinin əhəmiyyətindən bəhs edən Ramin Səmədov bildirib ki, Bakı Dövlət Universitetidə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı ilə birgə mütəmadi keçirilən “Ümummilli Lider Heydər Əliyev mühazirələri” gənclərin dövlətçilik təfəkkürünün formalaşmasında mühüm rol oynayır. Bu mühazirələr Ulu Öndərin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının və müasir müstəqil dövlət quruculuğu konsepsiyasının elmi əsaslarla təbliğini təmin edir. Eyni zamanda, YAP Yasamal rayon təşkilatı–Bakı Dövlət Universiteti əməkdaşlığı çərçivəsində təşkil olunan bu platforma sağlam və intellektual müzakirə mühitinin inkişafına xidmət edir. Mühazirələr Ulu Öndər Heydər Əliyevin və Onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyətini, ölkəmizin müasir inkişaf strategiyasının siyasi- ideoloji dayaqlarını dərindən anlamağa imkan yaradır. Bu təşəbbüs nəticə etibarilə gənclərin dövlətə bağlı, yüksək bilikli və prinsipial vətəndaş kimi formalaşmasına mühüm töhfə verir.

Çıxış edən YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, dünya siyasətinə adını yazdıran müdrik siyasi lider Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Bütün həyatını xalqına həsr edən ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi siyasi xətt, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində hazırda ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən ümummilli lider Heydər Əliyevin ruhu şaddır - xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ilə yaxın düşmən əsarətində olan Qarabağımız əbədi azadlığına qovuşub. Bu gün Azərbaycan bayrağı əzəli torpaqlarımızda, Şuşada, Xankəndidə, Xocalıda, Əsgəranda dalğalanır.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov çıxış edərək qeyd edib ki, Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər Heydər Əliyevin yorulmaz, səmərəli fəaliyyəti sayəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969–1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşüb. 1993-2003-cü illər Ulu Öndər Heydər Əliyevin imzası ilə Azərbaycan tarixində inkişafın və tərəqqinin bünövrəsinin qoyulduğu dövr kimi tarixin yaddaşına qızıl hərflərlə yazılıb. 2003-cü ildən başlayaraq isə ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi qələbələr, uğurlarla Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyaraq regional güc mərkəzinə çevrilib, dünyada öz layiqli yerini tutub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir. Ömrünü Azərbaycana fəda etmiş müdrik siyasətçi, xalqımızın Ümummilli Llideri Heydər Əliyevin adı daim dərin hörmətlə xatırlanacaq, onun əziz və unudulmaz xatirəsi xalqımız tərəfindən əbədi olaraq ehtiramla yad ediləcək.

Çıxışlardan sonra xatirə şəkli çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
sesqazeti.az

1Источники