RU

Asan deyildi, amma biz bacardıq Vitinya geridönüşlə qazandıqları qələbəni dəyərləndirdi

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

PSJ-nin yarımmüdafiəçisi Vitinya UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində dünən səfərdə "Monako" üzərində geridönüşlə qazandıqları qələbəni (3:2) şərh edib.

Fanat.Az xəbər verir ki, matçın ilk 18 dəqiqəsində qapısında 2 qol görən, lakin yekunda sevinən tərəf olan Paris komandasının portuqaliyalı futbolçusunun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Fantastik matç oldu. İki erkən qol buraxandan sonra vəziyyəti dəyişmək çətin işdir. Lakin biz oyundan qopmadıq ki, bu da xarakterimizdən xəbər verir. Asan deyildi, amma biz bacardıq. Dezire Duenin və meydana sonradan çıxan digər oyunçuların sayəsində istəyimizə çatdıq". 

Xatırladaq ki, matçın 48-ci dəqiqəsində "Monako"nun futbolçusu Aleksandr Qolovin qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub. Tərəflərin cavab qarşılaşması fevralın 25-də, Parisdəki "Park de Prens" stadionunda reallaşacaq.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
47
1
fanat.az

2Источники