RU

Merts: Almaniya öz nüvə silahını yaratmayacaq, amma Fransanı təklifini düşünməyə dəyər

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Almaniya kansleri Fridrix Merts ölkənin öz nüvə silahını hazırlamaq niyyətində olmadığını bəyan edib.

Bizimyol.info xəbər verir ki, Merts bu barədə "Machtwechsel" onlayn yayımlanan audio proqramına müsahibəsində bildirib.

O vurğulayıb ki, Almaniya imzaladığı beynəlxalq sazişlərə – Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və “İki üstəgəl dörd” müqaviləsi – sadiq qalmalıdır. Kanslerin sözlərinə görə, sonuncu sazişdən Almaniya birtərəfli qaydada çıxa bilməz, birincidən çıxmaq isə yalnız nəzəri cəhətdən mümkündür və bu, vaxt tələb edir.

“Mənim üçün belə bir seçim mövcud deyil. Almaniyanın öz nüvə silahı barədə düşünməsini istəmirəm”, – deyə o bildirib. Bununla yanaşı, kansler qeyd edib ki, Berlin NATO çərçivəsində Avropa nüvə qalxanının yaradılması imkanlarını Paris və Londonla müzakirə etməyə hazırdır. Onun sözlərinə görə, belə bir halda Almaniya öz qırıcı təyyarələrini Fransa və ya Böyük Britaniyanın nüvə raketləri ilə təchiz etmək üçün təqdim edə bilər.

Kansler bu istiqamətdə hələ çoxsaylı həllini tapmamış məsələlərin qaldığını vurğulayıb: “Biz müzakirələrin lap başlanğıcındayıq. Hələlik baş verən yeganə şey Almaniya kanslerinin Fransa prezidentinə ‘gəlin bunu müzakirə edək’ deməsidir”, - deyə bildirib.

Merts əlavə edib ki, bu cür müzakirələr yeni deyil. Hələ Fransa prezidenti Şarl de Qoll (1959–1969) kansler Konrad Adenauerə Fransanın nüvə qalxanının Qərbi Almaniyaya da şamil edilməsini təklif etmişdi. “Adenauer bu təklifi rədd etmişdi. Emmanuel Makron da bu təşəbbüslə artıq iki dəfə çıxış edib. Məndən əvvəlki iki kansler bu təklifi qəbul etməyib. O dövrün şərtlərində bunu anlamaq olar. Lakin zaman dəyişib. Mən ən azı Fransanın təklifini müzakirə etmək istərdim. Bunun son nəticədə nəyə gətirib çıxaracağını bilmirəm. Amma belə bir vaxtda fransızların təklifini nəzərdən kənarda qoymaq düzgün olmaz”, – deyə kansler bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
bizimyol.info

1Источники