Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ-nin Azərbaycandakı Səfirliyi “Qarabağ”dan Ohayo ştatını təmsil edən “Kolambus Kryu” klubuna transfer olunan Nəriman Axundzadə barədə post paylaşıb.
İdman.Biz xəbər verir ki, səfirlik paylaşımında futbolçunu bu uğuru münasibətilə təbrik edib.
“Azərbaycanlı futbol ulduzu Nəriman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən “Kolambus Kryu” klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik! “Qarabağ FK”nın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin “Major League Soccer” (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur”, - deyə səfirliyin paylaşımında bildirilir.
Səfirlik həmçinin “Qarabağ” klubuna bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə də arzu edib.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.