Estoniya Xarici İşlər Naziri Marqus Tsaxna bildirib ki, zərurət yarandığı halda ölkə öz ərazisində NATO müttəfiqlərinin nüvə silahlarını yerləşdirməyə hazırdır. Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı ERR yayıb.
Tsaxna qeyd edib: “Biz ərazimizdə nüvə silahlarının yerləşdirilməsinə qarşı deyilik. NATO müdafiə planlarına uyğun olaraq, məsələn, ərazimizdə nüvə silahlarının yerləşdirilməsini zəruri hesab edərsə, bunu istisna edəcək heç bir doktrinamız yoxdur.”
Qeyd edək ki, Estoniyanın özünün nüvə silahı yoxdur.
Ötən il, 2025-ci ilin sentyabr ayında, Estoniyanın müdafiə naziri Hanno Pevkur ölkənin nüvə başlıqları daşıya bilən Britaniya qırıcı təyyarələrini öz ərazisində yerləşdirməyə hazır olduğunu açıqlamışdı.
Bloomberg xəbər verir ki, Avropa ölkələri Soyuq Müharibədən bəri ilk dəfə nüvə müdafiə sistemlərini yaratmağı düşünür, çünki ABŞ artıq qitədə etibarlı hərbi tərəfdaş hesab olunmur. Hazırda Avropa, ABŞ-ın qitədə yerləşdirilmiş nüvə silahları – “nüvə çətiri” tərəfindən qorunur. Yalnız Böyük Britaniya və Fransa öz nüvə arsenalına malikdir.
Bundan əlavə, Karol Navrotski 15 fevralda Polşanın nüvə silahlarının inkişaf etdirilməsini davam etdirməli olduğunu açıqlayıb və Moskvanın mümkün reaksiyasına dair sual üçün bildirib ki, “Rusiya istənilən şeyə aqressiv cavab verə bilər”.