RU

Komrani Hidayotzoda: Azərbaycanla əməkdaşlıq Tacikistanın xarici siyasətində əsas istiqamətlərindən biridir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycanla əməkdaşlıq Tacikistan üçün xarici siyasətin əsas istiqamətlərindən biridir.

AZƏRTAC xəbər verir ki, bunu Tacikistanlı ekspert Komrani Hidayotzoda fevralın 18-də Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək -Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Ekspert həmçinin qeyd edib ki, Tacikistan coğrafi baxımdan Orta Dəhlizin əsas xəttindən kənarda yerləşsə də, bu marşrut ölkə üçün prioritet əhəmiyyətini itirmir. Tacikistan üçün əsas məqsəd regional və beynəlxalq nəqliyyat dəhlizlərinə daimi çıxışın təmin olunmasıdır. Bu baxımdan Orta Dəhliz, eləcə də Trans-Xəzər marşrutu xüsusi önəm daşıyır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
71
1
azertag.az

2Источники