RU

Rusiya və İran Rəşt-Astara dəmir yolunun inşasına başlayır

AzVision.az xəbər verir ki, Bunu Rusiya və İran arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında jurnalistlərə Rusiyanın energetika naziri Sergey Tsivilyov belə deyib.

Onun sözlərinə görə, tərəflər layihənin başlanmasına mane olan bütün mübahisəli məsələləri həll edə biliblər.

“Şimal-Cənub Dəhlizi təkcə enerji dəhlizi yox, həm də nəqliyyat dəhlizidir. Rəşt-Astara dəmir yolu xəttinin tikintisi də bununla bağlıdır. Torpaq qeydiyyatı və təşviqlərin alınması da nəzərə alınmaqla, əvvəllər həllini gözləyən bütün məsələləri, demək olar ki, həll etmişik. Bu gün elan etdik ki, bu layihənin başlanması ilə bağlı yekun razılaşma 1 apreldə Rusiya Nəqliyyat Həftəsi zamanı əldə olunacaq”,- rusiyalı nazir vurğulayıb.

Xatırladaq ki, 2023-cü ildə Moskva və TehranŞimal-Cənub layihəsi çərçivəsində İranla Azərbaycan arasında Fars körfəzi limanlarına çıxışı təmin edəcək Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisi ilə bağlı saziş imzalayıblar.

Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Moskva və Tehran mal və xidmətlərin layihələndirilməsi, tikintisi və təchizatını birgə maliyyələşdirəcəklər.

Sahil İsgəndərov
AzVision.az
Избранный
66
azvision.az

1Источники