RU

Ukraynanın enerji şantajının nəticələri nə olacaq?

Dogru.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Rusiya neftinin Drujba boru kəməri ilə Macarıstan və Slovakiya istiqamətində tranzitini dayandırıb.

Doğru.az xəbər verir ki, Kiyev qərarı təmir işləri ilə əsaslandırsa da, Slovakiyanın Baş naziri Robert Fico bunun siyasi təzyiq olduğunu iddia edib. Onun sözlərinə görə, təmir çoxdan başa çatmalı idi və neft məsələsi siyasi alətə çevrilib. Kreml də Fikonun mövqeyini dəstəkləyərək Ukraynanı “enerji şantajı”nda ittiham edib.

Məlumata əsasən, ötən il bu xətt vasitəsilə 9,2 milyon ton Rusiya nefti nəql olunub. Tranzitin dayanması ən çox Budapeşt və Bratislavaya təsir göstərib.

Fiko açıq şəkildə bildirib ki, əgər Macarıstan Ukraynanın Aİ-yə namizədliyini dəstəkləsə, neft axını bərpa oluna bilər. Lakin rəsmi Budapeşt bu şərti qəbul etmir.

Məsələnin fonunda hər iki ölkə alternativ marşruta yönəlib. Bildirilir ki, neft artıq Xorvatiya üzərindən Adriatik istiqaməti ilə tədarük edilə bilər. Bu yol Drujba xəttini qismən əvəz etsə də, nəqliyyat xərclərinin artacağı istisna edilmir.

Beləliklə, Ukraynanın bu addımı enerji bazarında yeni gərginlik yaradıb və Avropada siyasi müzakirələri daha da dərinləşdirib.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
1
dogru.az

2Источники