RU

Əmək bazarının əsas dayaqlarından biri məhz peşəkar texniki kadrlardır Təhsil eksperti

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Bu gün ən vacib məsələ real əmək bazarı proqnozlaşdırmasının hazırlanmasıdır. Yəni ölkənin 5-10 il sonrakı inkişaf planına uyğun olaraq hansı sahələrdə neçə mütəxəssisə ehtiyac olacağı elmi əsaslarla hesablanmalı və qəbul planı da buna uyğun tənzimlənməlidir. Sadəcə tələbə qəbulunu artırmaq yox, düzgün istiqamətə yönəltmək lazımdır”.

Bunu təhsil eksperti Əmrah Həsənli 525.az deyib.

Onun dediyinə görə, təhsil sadəcə diplom verməməlidir, real bacarıq qazandırmalıdır. İşəgötürənlər artıq “diplomun var” yox, “nə bacarırsan” sualını verir. Buna görə universitetlərdə praktiki təcrübə, staj proqramları, real sektorla əməkdaşlıq genişləndirilməlidir:

“Bu gün bütün gənclərin ali təhsil alması nə real bazar ehtiyacına uyğundur, nə də iqtisadi baxımdan səmərəlidir. Bu araşdırılmalıdır: “Bu gün Azərbaycanda peşə təhsili hələ də cəmiyyətdə ikinci dərəcəli seçim kimi görünür. Halbuki inkişaf etmiş ölkələrdə əmək bazarının əsas dayaqlarından biri məhz peşəkar texniki kadrlardır”.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
525.az

1Источники