RU

ABŞ səfirliyindən Nərimanla bağlı açıqlama

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanlı futbol ulduzu Nəriman Axundzadəni ABŞ-ın Ohayo ştatını təmsil edən “Kolumbus Kryu” (Columbus Crew) klubu ilə müqavilə imzalaması münasibətilə səmimi qəlbdən təbrik edirik!

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyi öz Feysbuk səhifəsində yazıb.

“Qarabağ”ın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-ın Əsas Futbol Liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.

Eyni zamanda, “Qarabağ” klubuna buaxşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə diləyirik!” - səfirlik qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
11
axar.az

10Источники