RU

Effektsiz canlı yayım etdi, 140 min izləyici İTİRDİ

Çində məşhur sosial media yayımçısı canlı efir zamanı texniki nasazlıq səbəbindən gözəllik filtrinin sönməsi ilə gündəmə gəlib. Filtr aradan qalxan anda yayımçının real görüntüsü ekrana əks olunub və bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, saatlarla davam edən canlı yayım zamanı musiqi sədaları altında izləyiciləri ilə ünsiyyətdə olan blogerin filtri qəfil deaktiv olub. Həmin ana qədər hamar dəri və ideal üz cizgiləri ilə görünən yayımçının təbii görüntüsü izləyiciləri təəccübləndirib. Qısa müddətdə efir məkanında xaotik vəziyyət yaranıb.

Hadisədən sonra minlərlə izləyici şərh bölməsində narazılığını ifadə edib. Bəzi istifadəçilər vizual manipulyasiya ilə aldadıldıqlarını iddia edərək kütləvi şəkildə "izləməni dayandırmaq" kampaniyasına qoşulublar.

Məlumata görə, hadisədən dərhal sonra yayımçının səhifəsi 140 min izləyici itirib. Bu hadisə sosial mediada gözəllik filtrlərinin yaratdığı "rəqəmsal ideal" və reallıq arasındakı fərq mövzusunu yenidən gündəmə gətirib.

Избранный
37
far.az

1Источники