RU

"Kiminsə əri uşaq deyil ki, konfetlə yanıma gətirəm"

Səbinə Selcan "Tarixin bir günü" canlı efirində şəxsi həyatı ilə bağlı yayılan iddialara münasibət bildirib.
 
Moderator.az xəbər verir ki, müğənni "Ərimi əlimdən alıb" söz-söhbətlərinə ilk dəfə aydınlıq gətirib.
 
Səbinə Selcan qeyd edib ki, adı belə məsələlərdə hallanmayıb və yayılan məlumatlar həqiqəti əks etdirmir:
 
"Heç kimin əri uşaq deyil ki, konfet verib, aldadıb yanıma gətirim. O qadının kim olduğunu, başına nə gəldiyini bilmirəm. Əri ilə ayrılıb, ya yox bilmirəm. Ərinə hörməti yoxdursa, övladlarının xatirinə belə etməz. Məni də yığdı".
 
Müğənni həmçinin vurğulayıb ki, Zenfiranın telefon nömrəsi şəxsən özündə yoxdu: "Bizim nömrələrimizi ona kim verib, bilmirəm".
 
Onun açıqlamaları sosial şəbəkələrdə marağa səbəb olub və tamaşaçılar tərəfindən geniş müzakirə olunub. /milli.az/
 
Избранный
20
4
moderator.az

5Источники