RU

Epşteynin qurbanı Türkiyə mediasına danışdı: Topqapı Sarayı ilə niyə maraqlanıb?

ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc olunan milyonlarla sənədlər arasından Ceffri Epşteynlə bağlı qaranlıq sirlər ortaya çıxmağa davam edir. Onun qurbanlardan biri olan Rina Oh "Milliyet" nəşrinə zorakılıq şəbəkəsinin pərdəarxası, Epşteynin gizli şəkildə qorunan planı və Topkapı Sarayına olan marağı barədə danışıb.

Publika.az xəbər verir ki, Rina Oh Epşteyn ilə 1990-cı illərin sonlarında tanış olub.

O, Epşteynin onu incəsənət məktəbindən bakalavr dərəcəsi almaq üçün təqaüd vədi ilə aldatdığını iddia edib: "O vaxtlar o, özünü bir çox gənc tələbəni universitetə ​​göndərən və təhsil haqqını tam ödəyən bir xeyriyyəçi kimi təqdim edirdi və bunu mənə də təklif etdi. Lakin o, bunun qarşılığında bir çox şərti olduğunu bildirdi. Mən imtina etdikdə is dərhal təqaüdü geri götürdü".

Rina Epşteynin ona tez-tez "hərəm planı"ndan bəhs etdiyini və özünü "Sultan" kimi təqdim etdiyini bildirib: "O, məni dəfələrlə evinə dəvət etdi və nə istədiyini öyrənmək üçün maraqdan getdim. Onunla görüşüb evində vaxt keçirdikdən qısa müddət sonra mənə iki kitab verdi ki, araşdırım. Mənə planları barədə danışdı. Dedi ki, hərəmxanada onun “sevimlisi” olacağam. O, təxminən iki il davam edən söhbətlərimiz boyunca daim özünü “Sultan” adlandırırdı".

Rina vurğulayıb ki, Epşteyn tez-tez ona Türkiyədən bəhs edib: “O, Osmanlı imperiyasına maraq göstərirdi və daim bu barədə danışırdı. Məndən Osmanlı imperiyasının hərəmi ilə bağlı bütün rəsmləri, memarlıq strukturlarını, sarayları və hekayələri araşdırmağımı istədi. O, həmçinin Topqapı Sarayını da araşdırırdı. İstəyirdi ki, mən onun memarlığını, mədəniyyətini və tarixini ətraflı öyrənim”.

Избранный
87
1
publika.az

2Источники