RU

"Suriyada məktəb tikmək Azərbaycan üçün beynəlxalq nüfuz deməkdir" - Fazil Mustafa

Fevralın 17-də ICESCO-nun Rabatdakı Baş qərargahında Azərbaycan və Suriya arasında təhsil sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb. Sazişə əsasən  Azərbaycan Suriyada dağıdılmış məktəblərin tikintisinə və təmirinə dəstək göstərəcək.

Redaktor.az imzalanan sazişlə bağlı deputat Fazil Mustafanın fikrlərini təqdim edir:

"Bu proses bütövlükdə İslam dövlətləri tərəfindən həyata keçirilir, ona görə də münasibətim normaldır. Suriyanın dirçəlməsi üçün bütün dövlətlər dəstək verməlidirlər və xüsusilə humanitar sahədə bu istiqamətdə addımların atılması vacibdir. Çünki ilk növbədə təhsil problemi var – artıq illərdir müharibə imkan verməyib ki, uşaqlar normal təhsil ala bilsinlər. O baxımdan məktəb tikintisinə kömək göstərmək, təhsilin inkişafında rol almaq Azərbaycan üçün də beynəlxalq nüfuz deməkdir. Hesab edirəm ki, bu istiqamətdə işlər daha da genişləndirilməlidir".

Aytəkin TOFİQQIZI

Избранный
69
1
redaktor.az

2Источники