RU

Gürcüstan polisi xüsusi əməliyyat keçirib, 97 nəfər həbs edilib

Gürcüstan polisi son 48 saat ərzində Tbilisidə və regionlarda mütəşəkkil cinayətkarlıqla əlaqəli xüsusi əməliyyat keçirib. Nəticədə 97 nəfər, o cümlədən narkotik qaçaqmalçılığı və narkotiklə əlaqəli 81 nəfər həbs olunub.

Herbiand.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Geka Geladze bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, çoxlu miqdarda müxtəlif növ narkotik maddələr müsadirə olunub. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

Saxlanılan şəxslərdən müxtəlif növ narkotik maddələr, o cümlədən heroin, kokain, alfa-PVP, suboxin, buprenorfin və digərləri xüsusilə külli miqdarda müsadirə edilib. Həmçinin narkotik maddələrin qablaşdırılması və becərilməsi üçün lazım olan materiallar və narkotik satışı nəticəsində əldə olunan xeyli pul müsadirə edilib.

Bundan əlavə, əməliyyat məlumatlarına əsasən, polis əməkdaşları Tbilisidəki yaşayış mənzillərindən birində narkotik maddələrin müvəqqəti hazırlandığı narkotik laboratoriyası aşkar ediblər. İki İran vətəndaşı həbs edilib və külli miqdarda narkotik maddə müsadirə olunub.

Eyni zamanda, həbs edilən şəxslərin evlərində, köməkçi anbarlarında və nəqliyyat vasitələrində aparılan axtarışlar nəticəsində onlarla odlu silah, avtomatik silah və əl qumbarası müsadirə edilib.

Избранный
55
4
herbiand.az

5Источники