RU

Siyyarto: Avropa İttifaqı Ukrayna üzrə danışıqlar masasından kənarda qalıb

Avropa İttifaqı nə siyasi, nə də iqtisadi baxımdan əvvəlki mövqeyini qoruyub saxlaya bilməyib və Ukrayna üzrə danışıqlar masasında təmsil olunmur.

Xezerxeber.az xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto bunu “CNN Türk” telekanalına müsahibəsində deyib.

“Avropada müharibə getdiyi halda, Brüssel danışıqlar masasında yoxdur. Hazırda masa arxasında amerikalılar, ukraynalılar, ruslar və ərəblər əyləşib. Bu da Avropa İttifaqının təcrid olunduğunu göstərir”, – deyə nazir bildirib.

Qeyd edək ki, Ukrayna, ABŞ və Rusiya arasında yeni danışıqlar raundu fevralın 17–18-də Cenevrədə keçirilir. Danışıqların ilk günü gərgin şəraitdə baş tutub və tərəflər çərşənbə günü təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ABŞ və Rusiya ilə keçirilən üçtərəfli danışıqların ilk günündən sonra Birləşmiş Ştatların və Avropa ölkələrinin, o cümlədən Böyük Britaniya və Fransanın nümayəndələri ilə ayrıca görüş keçirdiyini və onları danışıqların nəticələri barədə məlumatlandırdığını vurğulayıb.

Избранный
32
32
xezerxeber.az

10Источники