RU

UEFA “Real”ın oyunu üçün araşdırma başlatdı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Benfika” “Real” arasında baş vermiş insidentlə bağlı intizam araşdırmasına start verib.

İdmanxeber.az-ın məlumatına görə, araşdırmaya səbəb Vinisius Juniorun ünvanına səsləndirilən irqçi təhqir iddialarıdır. UEFA hadisədə adı keçən bütün şəxslərin, o cümlədən matçdan sonra açıq şəkildə açıqlama verən Kilian Mbappenin ifadəsini alacaq.

Fransalı hücumçu Lissabon klubunun yarımmüdafiəçisi Canluka Prestianninin irqçi ifadələr işlətdiyini bildirmişdi. Mənbənin məlumatına görə, ittihamları təsdiqləyən sübutlar tapılmasa, hər hansı sanksiya tətbiq olunmayacaq.

Lissabonda keçirilən görüş Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab oyunu fevralın 25-də “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Избранный
60
idmanxeber.az

1Источники