RU

Donnarummanın ən çox bəyəndiyi qapıçı kimdir? Ona heyran idim

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Mançester Siti"nin qapıçısı Canluici Donnarumma ən çox bəyəndiyi həmkarının adını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, o, "Mançester Siti"nin keçmiş qolkiperi Co Hartın heyranı olduğunu vurğulayıb. 

"City Report" Donnarummanın fikirlərini belə təqdim edib: 

"Hart güclü qapıçı idi, mən ona həmişə heyran idim. Onunla A Seriyasında görüşmək və rəqib kimi çıxış etmək şansım olub. Co "Siti"də tarix yazıb. O, həqiqətən də əla qapıçı idi və böyük zirvələr fəth edib".

Xatırladaq ki, "Mançester Siti" Donnarummanı bu mövsümün əvvəlində PSJ-dən transfer edib. 

Co Hart 2024-cü ilin yayında karyerasını başa vurub və son klubu "Seltik" olub. İngilis qapıçı 2006-2018-ci illərdə "Mançester Siti"də çıxış edib və komandada 300-dən çox oyun keçirib. 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
1
fanat.az

2Источники