RU

Ziraat Bankası nın xalis mənfəəti 60% artıb

Marja.az saytına istinadən ain.az xəbər verir.

Türkiyənin ən böyük dövlət banklarından biri olan "Ziraat Bankası" 2025-ci ildə xalis mənfəətini 60% artıraraq 161,47 milyard Türkiyə Lirəsinə (TL) çatdırıb. 2024-cü ildə Bankın xalis mənfəəti 100,64 milyard TL səviyyəsində olmuşdu.

Marja.az Bankdan verilən məlumata istinadən xəbər verir ki, 2025-ci ildə "Ziraat Bankası"nın xalis faiz gəliri 326,72 milyard TL təşkil edib; bu, əvvəlki ilin eyni dövründə 165,63 milyard TL idi.

Xalis haqq və komissiya gəlirləri də artaraq 88,09 milyard TL-yə çatıb. 2024-cü ildə bu rəqəm 69,02 milyard TL olmuşdu.

Bundan əlavə, bankın kredit həcmi 2025-ci ilin sonunda 4,24 trilyon TL-ə yüksəlib. 2024-cü ilin sonunda kreditlər 2,87 trilyon TL səviyyəsində idi.

Qeyd edək ki, "Ziraat Bank Azərbaycan" ASC "Ziraat Bankası"nın törəmə bankıdır. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
1
marja.az

2Источники